BANM ilə ABB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - FOTOLAR

Sadə xəbər
CƏMİYYƏT 16.02.2024 2678

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Beynəlxalq Bankının (ABB) Baş direktoru Aynur Süleymanlı və ⁠İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva ilə görüş keçirilib. 

"Saat24.az" xəbər verir ki, qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov ABB ilə Bakı Ali Neft Məktəbinin uğurlu əməkdaşlığının mövcud olduğunu, tələbələrin burada təcrübədə iştirak etdiyini, bir neçə məzunun bankda çalışdığını vurğulayıb. 

Görüşdə ABB və BANM arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. 

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top