Sadə xəbər
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 16-da Almaniyaya işgüzar səfərə gedib.
"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.
Konfrans çərçivəsində Nikol Paşinyan xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək. Səfər fevralın 18-də başa çatacaq.