![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/16/1/764f525c-2aae-4dd5-94d0-9d4a810c6fac/17080611485e346f31-3a38-3a47-b42a-3302db8e0bc9_850.jpg)
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanıb.
"Saat24.az" xəbər verir ki, qeyd edilən Fərman əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.