Sadə xəbər
Ermənistanın Vardenis bölgəsində etirazçılar yolu bağlayıb.
"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, sakinlər pasport şöbəsinə dəstək olaraq etiraz aksiyası keçirirlər. Çünki hakimiyyət Vardenisdə pasport və viza şöbəsinin ofisini bağlamaq qərarına gəlib. Aksiyada Vardenis meri Aharon Xaçatryan da iştirak edir.