Bu qurumun işçilərinin maaşları artırıldı

Sosial 26.01.2024 3052

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb.

Belə ki, aylıq əməyinin ödənişi fondunun məbləği 10 080 manatdan 31 466 manata çatdırılıb. Qərar yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər)

 
XƏBƏR LENTİ
18.05.2024 3216

DİGƏR XƏBƏRLƏR

Loading
Top