Azərbaycan nefti bahalaşdı

İQTİSADİYYAT 24.01.2024 3015

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,34 % artaraq 86,45 ABŞ dolları təşkil edib.

"Saat24.az" xəbər verir ki, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top