![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/1/23/1/ee3fae66-6606-4c95-9464-97b6a413b6eb/1705956420_??????-??????-2023-11-22-192204.jpg)
İsrail HƏMAS-a bütün girovların azad edilməsi müqabilində Qəzzada 2 aylıq atəşkəs təklif edib.
"Saat24.az" xəbər verir ki, İsrail Qətər və Misir vasitəsilə Həmas-a Qəzza üçün 2 aylıq atəşkəs təklif edib.
İsrail HƏMAS-dan bu müddət ərzində əlində olan bütün girovları azad etməyi tələb edir.
Oktyabrın 7-də başlayan qarşıdurmalar zamanı Netanyahu hökuməti Həmas tərəfindən girov götürüldüyünə görə öz ölkəsində sərt tənqidlərə məruz qalırdı.