Soyuq havada bir fincan qəhvə içmək faydalıdır

CƏMİYYƏT 19.01.2024 3025

Bir fincan qəhvə soyuqdan yaranan miqren tutmasını aradan qaldırmağa kömək edir.

"Saat24.az" xəbər verir ki, kofeinin bu gözlənilməz faydasını britaniyalı həkim Debora Li "Daily Mirror"a müsahibəsində açıqlayıb.

Linin sözlərinə görə, miqren xəstələri qışda baş ağrılarından daha çox şikayət edirlər. O, hesab edir ki, bunun bir çox səbəbləri ola bilər: birincisi, insan gündə bir neçə dəfə temperatur dəyişikliyinə məruz qalır, isti otaqdan soyuq havaya çıxır, ikincisi, günəşin olmaması səbəbindən bir çoxlarında D vitamini çatışmazlığı yaranır. 

Buna görə də, Li  soyuq havalarda bir fincan isti qəhvə içməyi məsləhət görür.

"Kofein istehlakı miqren tutması keçirən insan üçün təhlükəsiz və təsirli olur" deyə həkim qeyd edib. 

XƏBƏR LENTİ
18.05.2024 3216

DİGƏR XƏBƏRLƏR

Loading
Top