Röya keçmiş əri ilə görüntülərini paylaşdı - VİDEO

Şou-biznes 18.01.2024 3033

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında keçmiş həyat yoldaşı Anar Cəlilovla ilə olan arxiv görüntülərini paylaşıb. 

"Saat24.az" xəbər verir ki, videoda o, eks-əri A.Cəlilovla rəqs edir. Həmçinin, videoda mərhum müğənni Rəhim Rəhimli də yer alıb. 

Röya videoya "köhnə xatirələr" başlığını verib və paylaşımına ürək emojisini əlavə edib.

Qeyd edək ki, Anarla Röya 2008-ci ildə ailə qurub və onların Hüseyn adlı oğlanları var. Cütlük 2014-cü ildə boşanıb. 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top