AZAL-ın Bakı-Naxçıvan reysi hava şəraiti səbəbindən gecikir

Sadə xəbər
CƏMİYYƏT 17.01.2024 1260

"Azərbaycan Hava Yolları" QSC-nin J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

QSC-dən  Saat24.az-a verilən məlumata görə, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top