Generalın yerinə polkovnik oğlu təyin edildi

Sadə xəbər
CƏMİYYƏT 15.01.2024 2910

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.

"Saat24.az" Qafqazinfo”ya istinadən xəbər verir ki, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi idi.

Qeyd edək  ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə həmçinin 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top