Astronavtların Aya enişi təxirə salındı

DÜNYA 10.01.2024 3011

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemida 2” və “Artemida 3” Ay missiyalarının buraxılışını bir il gecikdirib.

"Saat24.az" xəbər verir ki, bunu agentliyin direktoru Bill Nelson onlayn konfransda deyib.

"Təhlükəsizlik bizim əsas prioritetimizdir və biz “Artemida” komandalarına erkən inkişaf, əməliyyatlar və inteqrasiya ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün daha çox vaxt vermək istəyirik. “Artemida 2” missiyası indi 2025-ci ilin sentyabrına, “Artemida 3” missiyası isə 2026-cı ilin sentyabrına planlaşdırılır. Bu da insanların Ayın cənub qütbünə ilk dəfə enməsi olacaq. “Artemida 4” missiyası 2028-ci ilin sentyabr ayına nəzərdə tutulub”, - deyə B.Nelson bildirib.

Qeyd edək ki, NASA 2019-cu ilin yazında üç mərhələdən ibarət “Artemida” Ay proqramı layihəsini elan edib. Bunlardan birincisi (“Artemida 1) “Orion” kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını nəzərdə tutur. İkinci mərhələ (Artemida 2) göyərtəsində ekipajı olan gəminin Yerin təbii peyki ətrafında uçuşudur. Missiyanın üçüncü mərhələsi (Artemida 3) NASA astronavtlarının təxminən 2030-cu illərin ortalarında Aya endirmək və onları Marsa göndərməkdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top