“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiqləndi

İQTİSADİYYAT 09.01.2024 2668

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni və “Elektron satınalmanın keçirilməsi Qaydaları”nı təsdiq edib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, bundan sonra Portal şəffaflıq, istifadə asanlığı və rahatlığı, operativlik və fasiləsizlik əsasında fəaliyyət göstərəcək.

Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

- proqram-texniki vasitələr;

- telekommunikasiya kanalları;

- elektron xidmətlər modulu;

- idarəetmə sistemi;

- ehtiyat mərkəzi;

- arxiv mərkəzi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top