![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/1/1/1/b866e88d-5043-4b37-9f05-e6dc8c176b5f/1704102333_tia_11994bbd870dedb6435395db6dc32d9e_jmhac16tiog93e0pzfnx.jpg)
Bu güdən etibarən “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.
"Saat24.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı:
"Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər vergiyə cəlb edilməyəcək".
Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.