
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.
"Saat24.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Xəbəri Sumqayıt Tibb Mərkəzindən saytımıza təsdiqləyiblər.