Protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişikliklər edildi

Manşet
CƏMİYYƏT 29.12.2023 2969

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilib.

"Saat24.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Sənədlə 55-2.4-cü bənddə “Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilib.

Müvafiq bənd dəyişiklikdən əvvəl belə idi:

"İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adından ― Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri), Xidmətin hərbi hissələrinin komandirləri".

Sənədə aşağıdakı məzmunda 55-2.8-ci və 55-2.9-cu bəndlər əlavə edilib:

“55-2.8. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri);

55-2.9. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi adından – Agentliyin rəisi, onun müavinləri, Agentliyin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri).”.

Sənədin 65-1-ci hissəsində “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə, “Feldyeger Rabitəsi İdarəsinin” sözləri “Xidmətin Aparatının müvafiq strukturunun” sözləri ilə əvəz edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top