Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur

Sosial 22.12.2023 1796

Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir.

"Saat24.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisə bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top