Səhiyyə Nazirliyi 37 tibb müəssisəsində monitorinq aparıb

Səhiyyə 21.12.2023 1221

Azərbaycanda tibbin sürətli və texnoloji inkişafı tibbi tullantıların həcminin artmasına gətirib çıxarıb.

“Saat24.az” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da tibbi tullantıların idarəolunmasına diqqət artıb: “COVID-19 pandemiyasından sonra təhlükəli tibbi tullantılarla bağlı müəyyən tədbirlər görülüb”.

Nadir Zeynalov qeyd edib ki, ilkin mərhələdə özəl və dövlət xəstəxanaları olmaqla 37 tibb müəssisəsində tibbi tullantıların idarəolunması ilə bağlı monitorinq aparılıb.

O qeyd edib ki, toplanan materiallar analiz olunub və təkliflər verilib: “Normativ hüquqi bazanın təkmilləşdirilməsi, bəzi dəyişikliklərin edilməsi zəruridir. Tələblərin yeni redaksiyada və daha müasir formada olması mütləqdir. Çünki əvvəlki tələblər 2007-ci ildə o vaxtın reallıqlarına uyğun idisə, artıq 16 il vaxt keçib, tələblər dəyişib. Yeni yanaşma təsnifatları var. Səhiyyə Nazirliyini bununla bağlı təkliflərini hazırlayıb və qısa zamanda aidiyyəti üzrə təqdim edəcək. Çeşidlənmədə müəyyən problemlər var və bunun da kökündə “necə edilməsi” məlumatsızlığı dayanır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top