"Ukrayna NATO-ya üzv olacaq" - Bayden

Sadə xəbər
DÜNYA 13.12.2023 1793

"Ukraynanın alyansa inteqrasiyası ilə bağlı söhbət indi məqsədəuyğun deyil, çünki bütün diqqəti münaqişənin özünə yönəltmək lazımdır".

"Saat24.az" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra açıqlayıb. 

Onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olacaq, lakin onun üzvlük məsələsi Rusiya ilə hərbi əməliyyatlarda qələbədən sonra müzakirə olunacaq: "Şübhəsiz ki, NATO Ukraynanın gələcəyində olacaq. Amma bayaq Vilnüsdə dediyimiz kimi, bütün müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə Ukrayna NATO-ya üzv olacaq. İndi biz Ukraynanın müharibədə qalib gələcəyinə əmin olmalıyıq".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top