ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Conatan Albanese ilə keçirdiyi mətbuat konfransında İsrailin mühasirəsində olan Qəzzada mülki vətəndaşların itkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Saat24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cavabında müharibədə günahsız insanların öldüyünü vurğulayaraq, “Mən heç bir fikrim yoxdur ki, fələstinlilər nə qədər insanın öldürüldüyü barədə həqiqəti deyirlərmi? Mən onların açıqladığı rəqəmlərə inanməra. Amma mən əminəm ki, günahsız insanlar öldürülüb. Günahsız mülki insanları qorumaq nə qədər çətin olsa da, İsrail əlindən gələni etməlidir", - deyib.
Amerika lideri, həmçinin HƏMAS-ın “mülki əhalinin arxasında gizləndiyini” və bunun İsrailə “əlavə yük” qoyduğunu bildirib.
Qeyd edək ki, Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 704-ü uşaq, 1584-ü qadın və 364-ü qoca olmaqla 6 min 546 nəfərin öldüyünü, 17 min 439 nəfərin isə yaralandığını açıqlayıb.