“Mossad” rəhbəri İranı “Tehranın ürəyinə zərbə endirməklə” HƏDƏLƏDİ

DÜNYA 11.09.2023 1888

"İsrail İranın bütün dünyada İsrail və yəhudi obyektlərinə zərbələr endirmək üçün iyirmidən çox cəhdinin səbəbkarlarını tapmaq üçün “Tehranın ürəyinə” zərbə endirməyə hazırdır".

"Saat24.az" "Associated Press"ə istinadən xəbər verir ki,  bunu İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea deyib  

Təhlükəsizlik konfransında çıxış edən Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını alıblar.

"Bu komandalar tərəfindən həyata keçirilən hücumlar İran tərəfindən təşkil edilib, ilhamlanıb və idarə olunub. İndi biz danışdıqca İran əlavə hücumlar həyata keçirməyə çalışır. Mesajımız yüksək, aydın və qətidir. Komanda göndərmək istəyənlər, səhv etməyin. Əmin olun ki, biz sizi ələ keçirəcəyik və ədalət hamının gözü qarşısında zəfər çalacaq. Bu, keçmişdə də sübuta yetirilib və biz bunu gələcəkdə növbəti səviyyəyə qaldıracağıq”.

Barnea bildirib ki, İsrail “sui-qəsdlərdə iştirak edən agentləri və onları göndərən komandirləri” təqib edəcək.

XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top