AZAL-dan gecikən təyyarə reysi ilə bağlı AÇIQLAMA

Sadə xəbər
CƏMİYYƏT 02.09.2023 1830

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.

"Saat24.az" AZAL-a istinadən xəbər verir ki, bu reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb. Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.

AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top