Sadə xəbər
“Amazon”un qurucusu Ceff Bezos və onun nişanlısı, teleaparıcı Loren Sançes meşə yanğınlarından zərər çəkmiş Havayın Maui adasına yardım etmək üçün fond yaradır.
“Saat24.az” xəbər verir ki, Sançes sosial şəbəkədə bildirib ki, onlar fonda 100 milyon dollar bağışlayacaqlar.
Qeyd edək ki, Havay adalarındakı yanğınlar zamanı 93 nəfər həlak olub.