Kamran Əliyevdən yeni TƏYİNATLAR

Sadə xəbər
CƏMİYYƏT 14.08.2023 1173

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Saat24.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Mübariz Bağırov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, Kamran Əliyevin digər əmrilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq  Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

XƏBƏR LENTİ
24.07.2024 2065

DİGƏR XƏBƏRLƏR

Loading
Top