Sadə xəbər
Polşa Belarusla sərhəddə qoşun qruplaşmasının qurulmasını davam etdirəcək.
"Saat24.az" xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Mariuş Blaşçak hərbçilərlə görüşdə bildirib.
"Polşa hakimiyyəti təhlükəsizliyin təmin edilməsi üçün çox işlər görür. Amma görünür, təxribatların, təcavüzkarın qarşısını almaq üçün hərbi mövcudluğun daha da artırılması lazımdır", - o deyib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Marek Sokolovski sərhədə iki briqadanın helikopterlərinin yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, onlar “təhlükəli bir şey olarsa” silahdan istifadə etməyə hazırdırlar.