Horadiz-Zəngilan yolundan qanunsuz qum-çınqıl daşındığı aşkarlandı

Sadə xəbər
CƏMİYYƏT 31.07.2023 1948

İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Bu barədə "Saat24.az"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “Kamaz” markalı, 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunda isə Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub.

Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

 
XƏBƏR LENTİ
24.07.2024 2060

DİGƏR XƏBƏRLƏR

Loading
Top