Bayden Zelenski ilə görüşəcək

DÜNYA 11.07.2023 1812

ABŞ prezidenti Co Bayden iyulun 12-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

"Saat24.az" xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də keçiriləcək. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, müttəfiqlər Ukraynanı NATO-ya rəsmi dəvət etməyi müzakirə etməyəcəklər. O, həmçinin blokun iştirakçılarının bu məsələnin perspektivləri ilə bağlı hər kəs üçün əlverişli ifadə tapacağına əminliyini ifadə edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top