Sadə xəbər
İyunun 19-20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
"Saat24.az" xəbər verir ki, bu barədə BelTA müxbirinə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Gündəliyə beynəlxalq və regional vəziyyətin və inkişaf perspektivləri, həmçinin KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə təsiri məsələləri daxildir”, - XİN-dən bildiriblər.
Bundan əlavə, KTMT ilə digər beynəlxalq təşkilatlar, xüsusilə də BMT, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq mövzusu ətraflı nəzərdən keçiriləcək.