Sadə xəbər
Qaz təsərüfatının mövcud vəziyyəti ilə bağlı may ayı ərzində yerli rayon İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirilərək müzakirələr aparılmışdı. Tərtər Regional Qaz İstismarı İdarəsinin xidmət sahələrində qaz təsərüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin qazlaşdırılması və bu istiqamətdə görülən işlərlə bağlı may ayı ərzində Tərtər,Bərdə,Ağcəbədi,Zərdab və Ağdam rayonlarında yerli rayon İcra Hakimiyyəti başçıları və RQİİ- nin rəisi Azay Muxtarovun iştirakı ilə görüşlər keçrilmişdir. Görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçrilən layihələr, eləcə də təsərüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirlərinin qaz təsərüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirməklə yanaşı istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarında mühüm roloynadığı vurğulanmışdır.Həmçinin yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi,qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısının alınması və digər məsələlər də müzakirə olunmuşdur.