"Vərəsəliyi qəbul edirsənsə, krediti də ödəməlisən" - Ekspertdən ipoteka ilə bağlı AÇIQLAMA

GÜNDƏM 24.05.2023 2738

"Konstitusiya Məhkəməsinin ötən gün ipoteka kreditləri il bağlı verdiyi qərarda əslində yeni bir şey yoxdur".

Bunu "Saat24.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əvvəllər də kreditlər həmin qayda ilə ödənilirdi:

"Sadəcə olaraq Apellyasiya Məhkəməsi şərh verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib, çünki məhkəmələrdə bu məsələlərlə bağlı işlər çox olurdu. Bəzi hallarda vərəsələr mənzilləri qəbul edirdilər, amma kredit öhdəliklərini qəbul etmirdilər. Kredit öhdəliyi olan şəxs həyatdan köçsə belə, onun həyat sığortası pulunu mütləq kimsə alır. Yəni, vərəsəliyi qəbul edən şəxs həm mənzili, həm də həyat sığortası üçün verilən pulu almaq istəyir. 

Vərəsəliyi qəbul edirsənsə, sığorta pulunu alırsansa, o krediti də ödəməlisən. Kreditlər həyat sığortasına aid olmayan banklar tərəfindən kommersiya krediti kimi verilibsə, yenə də vərəsəliyi qəbul edən şəxs ödənişi etməlidir. 

Əvvəllər bu məsələlərlə bağlı mübahisələr yarananda məhkəmələrə müraciət edilirdi, iş uzanırdı. İndi isə Konstitusiya Məhkəməsi belə bir şərh verdi ki, işlər məhkəmələrə qədər uzanmasın", - deyə ekspert qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top