Ötən il 459 hərbçiyə tam təmirli mənzil verilib

Sosial 24.05.2023 2714

Ötən il Azərbaycanda 459 hərbçiyə tam təmirli mənzil verilib.

"Saat24.az" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 35 milyon manat məbləğində vəsait ayrılıb.

Həmin vəsait hesabına Bakı şəhərində 453 ədəd və Sumqayıt şəhərində 6 ədəd cəmi 459 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top