Sadə xəbər
İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani vəzifəsindən istefa verib.
"Saat24.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
O, öz "Twitter" səhifəsində Əbülqasım Kaşaninin "getdi" şeirindən bir hissəni paylaşaraq mesaj verib.
Qeyd edək ki, Şamxani 10 ilə yaxındır ki, İranda Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib.