Azərbaycan nefti BAHALAŞDI

İQTİSADİYYAT 11.05.2023 2325

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Saat24.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.67 ABŞ dolları və ya 2.13% artaraq, 79.97 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top