İsrailin BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının iclasını tərk etdi

DÜNYA 26.04.2023 1938

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan Anma Günündə İsraili tənqid edən toplantının keçirilməsinə etiraz olaraq son bir ildə ölən israillilərin adlarını oxuduqdan sonra Təhlükəsizlik Şurasının iclasını tərk edib.
 

"Saat.az" xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın rəhbərliyi ilə Fələstin məsələsi üzrə Təhlükəsizlik Şurasının iclası keçirilib.
 

“Bu gün İsrail Dövləti üçün ilin ən müqəddəs günlərindən biridir. Biz dəfələrlə bu günün dərin əhəmiyyətindən danışaraq bugünkü müzakirənin vaxtının dəyişdirilməsini xahiş etmişik, lakin təəssüf ki, şura qəbul etməkdən imtina edib. Bugünkü müzakirə bütün sərhədləri keçdi. İsraillilər yas tutarkən, bu şura həmişə olduğu kimi, İsrail dövlətini pisləyən və onu bütün regionun problemlərinin kökü kimi təqdim edən daha açıq yalanlar eşidəcək”.
 

İclasa sədrlik edən Rusiya Xarici İşlər Naziri Sergey Lavrova birbaşa danışan Erdan, "Bu şura 9 May Faşistlər üzərində Qələbə Günündə Rusiya Federasiyasını və əsgərlərinizi qınamaq üçün toplansa, nə edərdiniz?"

İsrail-Fələstin münaqişəsinin davam etməsinin fələstinlilərin inadından qaynaqlandığını deyən Erdan, "İranın regionda sabitliyi pozan fəaliyyətlərinə məhəl qoymamaq" üçün Təhlükəsizlik Şurasını İsrailə diqqət ayırdığına görə ikiüzlülükdə ittiham edib.
 

Erdan Şuraya keçən il vəzifə borcunu yerinə yetirərkən və ya terror hücumları nəticəsində ölən israillilərin adlarını oxuyub.
 

O, xatirə şamını qarşısındakı stolun üzərinə qoyub və İsrail nümayəndə heyətinin qalan hissəsi ilə zalı tərk edib.

“Mən bu müqəddəs günü yalan və qınama dinləməklə keçirməkdən imtina edirəm. Bu debat həlak olanları rüsvay edir və İsrail orada iştirak etməyəcək”-deyə Gilad Erdan bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top