Müharibədə dincələn erməni polkovnik həbs edildi

DÜNYA 18.04.2023 2872

Ermənistanda N saylı hərbi hissəsinin komandir müavini olan polkovnik 2020-ci il Qarabağ müharibəsini araşdıran cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilib. 

"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq İdarəsinin Baş Hərbi Təhqiqat Dairəsi məlumat yayıb. 

Məlumata görə, sözügedən polkovnik hərbi vəziyyət şəraitində 10 oktyabr - 3 noyabr tarixləri arasında "səhhətində yaranmış problemlə əlaqədar" tibb müəssisəsində yatıb. 

O, yalançı xəstəliyini bəhanə edərək 23 gün tibb hospitalda dincəlib, nəticədə isə hərbi xidmət vəzifələrini yerinə yetirməyib. 

Təqsirləndirilən şəxs barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti məhkəmə təmin edib.

İstintaq davam edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top