Son 25 ilin ən böyük hərbi təlimlərində Ukrayna da iştirak edir

DÜNYA 17.04.2023 1149

Bu gün aprelin 17-də İsveçdə son 25 ilin ən böyük hərbi təlimləri olan "Aurora 23" başlayır.

Sat24.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb. 

Məlumata görə, iştirakçı ölkələr arasında Ukrayna da olacaq. Bundan əlavə, təlimlərdə ABŞ, Böyük Britaniya, Finlandiya, Polşa, Norveç, Estoniya, Latviya, Litva, Danimarka, Avstriya, Almaniya və Fransa da olacaq. Ümumilikdə söhbət 14 ölkədən 26 min hərbçidən gedir.

"Təlim hərbi imkanlarımızı gücləndirmək, siqnal vermək və sınaqdan keçirmək üçün yaxşı üsuldur. Beləliklə, genişmiqyaslı təlimlərin keçirilməsi daha güclü müdafiə yaratmaq üçün açardır", - məlumatda qeyd edilib. 

Təlim havada, quruda və dənizdə baş tutacaq və may ayına qədər davam edəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top