Dünyanın ən nüfuzlu insanlarının SİYAHISI

DÜNYA 14.04.2023 1807

Britaniyanın "Time" jurnalı dünyanın ən nüfuzlu insanların reytinqini hazırlayıb.

"Saat24.az" xəbər verir ki, siyahıda 100 nəfərin adı var.

Siyahıda iş adamı İlon Mask, futbolçu Lionel Messi, müğənni Beyons, ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts, Yaponiyanın baş naziri Fumio Kişida və Kral III Çarlzın adı var.

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, Rusiyada həbs olunan jurnalist Evan Qerşkoviç və başqaları da siyahıya əlabə edib. Reytinq siyahısında hər bir şəxs haqqında müvafiq sahənin tanınmış nümayəndəsinin yazdığı məqalə var. Zelenskaya “Liderlər” kateqoriyasında birinci olub, ABŞ-ın birinci xanımı Cil Bayden onun haqqında məqalə yazıb.

"The Times" qalibləri aşağıdakı kateqoriyalar üzrə sıralayıb:

"Sənətçilər" - aktyor Maykl Cordan;

"İkonalar"- aktrisa Cenifer Kulic;

"Pionerlər" - reper Doja Ket;

"Titanlar" - aktrisa Anqela Bassett;

"İnnovtorlar" - Bob İqer, "The Walt Disney Company" şirkətinin Direktorlar Şurasının sədri.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top