Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı

CƏMİYYƏT 12.04.2023 1348

Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə naziri vəzifəsindən azad olunub.

"Saat24.az" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib.

Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o nazirin vəzifələrini müvəqqəti icra edəcək.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top