"Krıma yaxınlaşmayın!" - Pentaqon rəhbərindən əmr

DÜNYA 10.04.2023 3062

ABŞ-ın müdafiə naziri Lloyd Ostin amerikalı pilotlara Krım yarımadasına yaxınlaşmamağı əmr edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.

Nəşr gizli xəritəyə istinadən bildirir ki, kəşfiyyat təyyarələrinin uça biləcəyi yerlər müəyyən olunub və burada Qara dəniz üzərində çəkilmiş sərhədlər qeyd olunub.

Sərhəd beynəlxalq hüquqa uyğun olaraq Krım sahillərindən təxminən 12 mil (19 kilometr) məsafədədir. Məlumarda vurğulanıb ki, bu, təyyarələrə Krıma yaxınlaşmamaq barədə əmr verilməsi deməkdir.

Qeyd olunub ki, əmr 2022-ci ilin sentyabrından 2023-cü ilin fevralına qədər olan dövrə aiddir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top