Böyük Britaniyada gənə virusu aşkarlandı

DÜNYA 05.04.2023 1240

İngiltərənin bir neçə bölgəsində şiddətli meningitə bənzər simptomlara səbəb ola bilən gənə virusu aşkar edilib.

Saat24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb. 

Qurum insanlara çöldə olduqdan sonra paltarlarını və bədənlərində gənə olub olmadığını mütəmadi olaraq yoxlamağı tövsiyə edib. Həmçinin, gənə virusunun yayılmasının qarşısını almaq üçün xəstəxanalarda testlərin dəyişdirilməsini tövsiyə edilib. 

Gənələr gənə ensefaliti və Lyme xəstəliyi də daxil olmaqla bir sıra xəstəlikləri daşıya bilər. Gənələrin daşıdığı virus dünyanın bir çox ölkəsində yayılmışdır.

Virusun simptomlarına asemptomatik infeksiya və bəzi hallarda baş ağrısı, boyun sərtliyi, çaşqınlıq və ya huşsuzluqla müşayiət olunan yüksək hərarət kimi mərkəzi sinir sisteminin ağır infeksiyası daxildir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top