Heydər Əliyevin 100 illiyi yubiley medalı təsis edildi

CƏMİYYƏT 04.04.2023 2934

Heydər Əliyevin 100 illiyi (1923-2023) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

"Saat24.az" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Layihədə qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilsin.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top