Bu ölkədə də "TikTok"dan istifadə qadağan ediləcək

CƏMİYYƏT 17.03.2023 2234

Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə Çin sosial media platforması "TikTok"dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.

"Saat24.az" xəbər verir ki, rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.

Yeni Zelandiyadakı qadağa bu ayın sonunda qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın insanın ictimai telefonlarına şamil ediləcək.

Bundan sonra digər qurumlar öz qadağalarını tətbiq etməyə qərar verə biləcəklər.

XƏBƏR LENTİ
23.03.2023 1909
23.03.2023 1998
21.03.2023 1230

DİGƏR XƏBƏRLƏR

Loading
Top