Sabah intensiv yağış yağacaq

CƏMİYYƏT 08.03.2023 2064

Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

"Saat24.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib.

Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top