NAFTALANDA DƏHŞƏT: Sanatoriyalar məzarlar üstündə tikilib...- FOTO - VIDEO

CƏMİYYƏT 06.03.2023 1432
​​​​​​Bir anlığa təsəvvür edin: uzaq yol gedib çatırsız sanatoriyaya. Əşyalarınızı yerbəyer etdikdən sonra eyvana çıxıb ətrafı seyr etmək, təmiz havanı ciyərlərinizə çəkmək istəyirsiz və... Və gördüyünüz mənzərə sizi dəhşətə gətirir. QƏBİRİSTANLIQ..
https://youtu.be/0RCHBkrAvD4

***
II Dünya müharibəsinin ilk dövrlərində Sovet ordusu böyük itkilərə məruz qalmışdı, çoxlu sayda ölən və yaralanan var idi. Belə bir zamanda yaralılar arxa cəbhəyə təxliyyə olunurdu. O cümlədən də Azərbaycana. Burada isə onların bır hissəsi də Naftalanda yerləşən xəstəxana və hospitala çevrilmiş sanatoriyalara göndərilirdi. Həmin dövrlərdə artıq möcüzəvi Naftalan nefti özünün dünya şöhrətini tapmışdı. Və Sovet ordusu əsgərlərinin hər birinin "apteçka"larında qanaxmanı saxlayan və yaralara məlhəm sayılan emal olunmuş Naftalan məhlulu saxlanılırdı. Naftalanda isə bir çox yaralı əsgərlər müalicə və reabilitasiya kursu keçirdi. Ancaq təbii ki, heç də hamını xilas etmək olmurdu. Məhz o zamanlar burada həlak olan əsgərlər Naftalan ətrafında salınan qəbiristanlıqda dəfn olunmağa başlandı Sonrakı illərdə isə Naftalanda yaşayan rus və erməni sakinlər də burada dəfn olundu. İlkin dövrdə bu qəbiristanlığın ərazi 1 hektara yaxın olub və burada yüzlərlə məzar olub. Qarabağ müharibəsi başlanandan sonra isə bu qəbiristanlıq yaddan çıxdı. Çünki ermənilər çıxıb getdi. Az sayda qalan ruslarında gedəni-getdi, yerdə qalan qocalar da zaman-zaman dünyasını dəyişdi. Və beləcə adına "rus qəbirstanlığı" deyilən məzarlıq yaddan çıxdı, baxımsız hala düşdü.

***
Ancaq buna baxmayaraq sonrakı dövrlərdə buraya müalicəyə gələn ruslar o cümlədən qəbirstanlıqda dəfn olunmuş şəxslərin yaxınları müxtəlif ölkələrdən gəlib buranı müqəddəs Pasxa bayramında ziyarət ediblər. Ancaq Naftalanın bələdiyyə və İcra başçıları "əl-ələ" verib zaman -zaman buranı hissə-hissə iş adamlarına satıblar. Onlar da öz növbəsində burada sanatoriya və obyektlər inşa edib. Sonuncu 2 sanatoriya- "Sehrli" və "Nur Naftalan" sanatoriyaları isə hazırkı İH başçısı Vüqar Novruzovun xeyir duası ilə fəaliyyətə başlayıb. Aldığımız məlumata görə hər iki sanatoriyaya Səhiyyə nazirliyi tərəfindən lisenziya verilməyib. Çünki sənədlər " yaşayış evi" adıyla alınıb. Lakin buna baxmayaraq Vüqar Novruzov onların qanunsuz fəaliyyət göstərməsinə rəsmi və qanunsuz olaraq icazə verib. 
Sanatoriya ərazisində olan qəbirlər isə heç hara köçürülməyib. Əsl varvarlığa əl atılıb: belə ki, onları ekskavatorun qabağına verib kürüyüb, sonrasa yük maşınlarına doldurub Naftalan ətrafındakı dərələrə boşaldıblar. Lakin bunula da Vüsal Novruzovun gözü doymayıb. O yerli Bələdiyyə ilə əlbir olaraq yerdə qalan təxminən 2 sot ərazini də satmaq həvəsinə düşüb. Ona görə də burada qalan az saylı qəbirlər də gecə vaxrları bir-bir "yoxa" çıxarılmağa başlayır. Pandemiyadan sonra bura Rusiyadan yaxınlarını ziyarətə gələn insanlar isə qəbistanlığn yerində sanatoriyaları görüb dəhşətə gəlirlər. Yerli sakinlər də etiraz etməyə başlayır. Onlar müxtəlif aidiyyatlı orqanlara-polis və prokurorluğa, müraciət etsələr də heç bir ölçü götürülmür. Burada bizə bildirdilər ki, həmin sanatoriyalarin sahibləri yüksək rütbəli bir şəxsin bacısı oğlanlarıdı. Məsələnin ictimailəşdiyini görən Vüsal Həsənov izi itirmək üçün yerdə qalan 5-6 qəbir üzərindəki xaçları tələsik rənglədir. Vəssalam. Məzarlıqda gəzərkən hər addımbaşı insan sümüklərinə rast gəlmək olur. Biz görmüşük ki, sanatoriyalar yaşıllıq massivində salınar, pəncərələr parka-meşəyə açılar. Naftalanda isə sanatoriyalar qəbirstanlıq üzərində salınıb və eyvanları da məzarıstan "mənzərə"sinə açılır. 
***
Gördüklərimizə aydınlıq gətirmək üçün Naftalan şəhər İcara hakimiyyətinə yollandıq. Saat 11 olmasına baxmayaraq nə başçı nə də müavinlər yerində yox idi. Burada olanda bizə məlum oldu ki, demə İcra başçısının "özəl" iş qrafiki var. O hər həftənin Cümə günü Bakıya çıxır və yalnız Bazar ertəsi geri dönür. Və özümüz də burada canlı şahid olduq ki, Bazar gününə təsadüf edən "Xocalı faciəsi" günü Naftalanda qeyd olunmadı. Sən demə Bakıya tələsən başçı, Cümə günü şəhər rəsmilərini başına ylğaraq abidə yerində şəkil çəkdirib və gözdən pərdə asmaq üçün o fotoları fevralın 26-sı günü saytlarda paylaşmaq tapşırığı verib.

***
Qayıdaq mətləbə. İcara hakimiyyətində bizi qəbul edən Humanitar məsələlər üzrə şöbə müdüri tez-tez dəhlizə çıxıb kimlərləsə uzun-uzadı danışdıqdan sonra qayıdıb bizə " suallarınızı yazılı şəkildə elektron poçta göndərin cavablandıraq"-dedi. Gülüncdür deyilmi? Bayırda XXI-ci əsrdi e , cənablar. Siz niyə qarşınızdakı juranalistə açıqlama verməyib ondan "yazılı müraciət" tələb etməlisiz?
 Bax belə. Biz də gördüklərimiz yazılı formada işıqlandırdıq. İndisə yazıda adları çəkilən orqanlardan münüsibət bildirmələrini gözləyirik.

https://youtu.be/0RCHBkrAvD4


Zəhra Kələndərova 
 
XƏBƏR LENTİ
25.03.2023 1666

DİGƏR XƏBƏRLƏR

Loading
Top