Magistrantların MGİMO-da tədris prosesi davam edir

CƏMİYYƏT 04.03.2023 1286

İkili diplom proqramı çərçivəsində Moskvada tədris-təcrübə prosesi keçən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES)  tədrisi rus dilində aparılan "İdman menecmenti" magistr proqramının I kurs tələbələri "Leonid Tyaqaçov adına dağ xizəyi klubu"nda olublar.

Saat24.az  xəbər verir ki, ziyarət zamanı magistrantlarımıza dağ xizəyi idmanının tarixi, Rusiyanın bu idman növü üzrə nailiyyətləri və idman infrastrukturu barədə ətraflı məlumat verilib.

Məlumat üçün bildirək ki, "Leonid Tyaqaçov adına dağ xizəyi klubu” aktiv istirahət mərkəzi kimi Moskva vilayətinin əsas xizək kurortu, həmçinin Rusiyanın xizək və snoubord yığma komandaları üçün təlim-məşq bazası sayılır. Klub Klin-Dmitrovskaya dağ silsiləsinin ən yüksək nöqtəsində, Moskva şəhərindən 40 km aralıda yerləşir. Burada ötən əsrin 60-cı illərində Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi inşa edilib və bir çox məşhur rus xizəkçisi idman karyerasına məhz bu yamaclarda başlayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top