Qayıqla Türkiyədən qaçan daha bir podratçı saxlanıldı

DÜNYA 16.02.2023 1265

Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaqda barəsində həbs qərarı çıxarılan podratçı saxlanılıb.

Sat24.az  xəbər verir ki, adı açıqlanmayan şəxs Marmaris sahillərində qayıqla xaricə getməyə cəhd edərkən yaxalanıb.

Türkiyə Ədliyyə Nazirliyi zəlzələ zonasında dağılan binalara görə məsuliyyət daşıyan şəxslərlə bağlı aparılmış araşdırmaların məlumatlarını bir-bir açıqlayıb. Araşdırmalar çərçivəsində 15 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 60 nəfərin saxlanıldığı araşdırmalarda 5 nəfərin xaricdə olduğu müəyyənləşib. Şübhəli hesab edilən 10 nəfərin öldüyü müəyyən edilib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top