"Regional məsələlərdə ciddi islahatlar aparılır" - Siyavuş Novruzov

CƏMİYYƏT 15.02.2023 1165

"Ölkəmizdə bələdiyyələrin və üzvlərinin sayı çoxdur".

Saat24.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda bələdiyyələrin qanunauyğun fəaliyyətinin qurulması, qanunun aliliyinin rəhbər tutulması və s. məsələlərə tam nəzarət həyata keçirilir:

“Qanun pozuntusu olduqda belə aidiyyəti qurumlar mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər görür. Bu səbəbdən onlarla işin geniş səviyyədə qurulması böyük əmək tələb edir".

S.Novruzov qeyd edib ki, Qarabağda yenidənqurma işləri çərçivəsində regional məsələlərdə ciddi islahatlar aparılır.

"Bələdiyyələrin yeni struktarlara uyğunlaşdırılması məsələsi gələcəkdə müzakirəyə çıxarılacaq. Deputatların bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı çoxsaylı təklifləri var”, - deyə komitə sədri vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top