"Rusiya gəmiləri 30 ildə ilk dəfə nüvə silahı ilə..." - Norveç kəşfiyyatından iddia

DÜNYA 15.02.2023 2559

Norveç kəşfiyyatı Rusiya gəmilərinin Sovet İttifaqından sonra ilk dəfə nüvə silahı ilə üzdüyünü açıqlayıb.

"Saat24.az" xəbər verir ki, Norveç kəşfiyyatı qeyd edib ki, Rusiya Şimal Donanmasının sualtı qayıqları və gəmiləri Rusiyanın nüvə potensialının mərkəzindədir.

Bəyanatda o, Rusiya gəmilərinin son 30 ildə taktiki nüvə silahı olmadan üzdüyünü bildirib. Krım Xəbər Agentliyində yer alan xəbərə görə, kəşfiyyatın dərc etdiyi hesabatda Rusiyanın Ukraynaya təcavüz cəhdinin başlanğıcından bəri Rusiyanın təcavüzkar siyasətinə diqqət çəkilib. "Rusiya üçün nüvə silahının əhəmiyyəti vacib dərəcədə artıb, çünki onlar NATO ölkələrinin iştirak edə biləcəyi əməliyyat variantları üçün xüsusilə ciddi təhlükə yaradır", - hesabatda deyilir.

Norveç daha əvvəl təbii qaz yataqlarının Rusiya tərəfindən təhlükə altında olduğunu bəyan etmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top