Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib

DÜNYA 04.02.2023 2315

Kanada Nikolay Baskov , Mixail Boyarsky, Oleq Qazmanov və digər rus ifaçılara qarşı sanksiyalar tətbiq edib .

"Saat24.az" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb .Ümumilikdə, genişləndirilmiş siyahıya 38 ad və 16 hüquqi şəxs daxildir. Kanada Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar sanksiya siyahısına “Rusiya təbliğatı ilə” bağlı olduqlarına görə daxil ediliblər.

Müğənni Polina Qaqarina , Nadejda Babkina və İrina Alleqrovaya da sanksiyalar tətbiq edilib .

Siyahılara “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti” agentliyi və “iş adamı Yevgeni Priqojinlə əlaqəli” bəzi təşkilatlar da daxildir .

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski 119 Ukrayna və Rusiya mədəniyyət xadiminə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb . Siyahıda teleaparıcı Janna Badoeva, futbolçu Anatoli Timoşçuk , reper Basta, Yevgeni Petrosyanın və başqalarının adları var.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top