İşçilər əməyin mühafizəsi üçün xərc çəkməyəcəklər

İQTİSADİYYAT 01.02.2023 2743

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək.


"Saat24.az" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib.

Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən, əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top